IMG-LOGO

Zaqatalada qəzada sürücülər yaralandı, biri qadındır

10 Jan 2026 12:30 6 baxış
IMG
0 0

Zaqatalada yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstanla sərhədi avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Yengiyan kənd sakini 39 yaşlı Dilqəm Məmmədovun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Əliabad qəsəbə sakini 39 yaşlı Xəyalə Herovovanın idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti