“Səbail”lə oyun asan olmadı”.
“Report” xəbər verir ki, bunu Rusiyanın “Fakel” klubunun futbolçusu Nikita Motpan “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri yoxlama görüşü barədə danışarkən deyib.
Qarşılaşmanın 69-cu dəqiqəsində penaltidən vurduğu qol sayəsində Voronej təmsilçisinə qələbə qazandıran Moldova millisinin üzvü sevincli olduğunu gizlətməyib: “Qol vurmaq və məhsuldar ötürmə vermək gözəldir. Amma əsas odur ki, komandaya xeyir verək, birlikdə müsbət nəticə əldə edək və qarşımıza qoyulan vəzifələrin icrasına doğru irəliləyək. “Səbail”lə görüşdə hücumda və müdafiədə yaxşı göründük. Fiziki cəhətdən də yaxşı formadayıq”.
Qeyd edək ki, “Fakel” Rusiya Premyer Liqasında 18 turdan sonra 21 xalla 11-ci pillədə qərarlaşıb. “Səbail” isə Azərbaycan Premyer Liqasının ilk yarısında keçirdiyi 18 görüşdə 26 xal toplayıb və 5-ci sırada yer alıb.
Bizim Telegram kanalımıza abunə olun