"Mən yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirdilər ki, çətin olan vaxtda məni qovublar. Amma belə deyil, belə olmayıb".
"Report" "Digisport.ro" nəşrinə istinadən xəbər verir ki, bunu "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis "ağ-qaralar"la vidalaşdığı dönəmi xatırlayıb: "Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. O, dünyasını dəyişəndən sonra geri qayıtmayacağımı dedim. Onda futbola marağım qalmadı. Mübahisə etmədik və heç bir jest etmədim. Mən qurban kimi görünmək istəmirəm. Bu həqiqətdir. Həmin gün dərhal getmişdim".
Qeyd edək ki, Adrian Mutunun "ağ-qaralar"da müqaviləsi dekabrın 24-də ləğv edilib. Komanda Monteneqrodan olan Miodraq Bojoviçə tapşırılıb.
Bizim WhatsApp kanalımıza abunə olun