“Neftçi” Rumıniyanın FCSB klubunun futbolçusu Andrea Kompanyo ilə maraqlanır.
“Report”un “Digi Sport” nəşrinə istinadən məlumatına görə, bunu Bakı klubunun sabiq baş məşqçisi Adrian Mutu ölkəsinin mətbuatına açıqlamasında deyib.
Mütəxəssis hələ “Neftçi”də olarkən italiyalı hücumçunu yanına gətirmək istədiyini etiraf edib. Mutunun sözlərinə görə, “ağ-qaralar” yenidən onunla əlaqə saxlayaraq, Kompanyo ilə bağlı məsləhət alıblar.
FCSB-nin sahibi Cici Bekali də 27 yaşlı forvardı qış transfer dönəmində satacaqlarını etiraf edib: “Kompanyo üçün 400 min avroluq təklif aldım. Düşünürəm ki, onu satacağam”.
Qeyd edək ki, FCSB Andrea Kompanyonu 2022-ci ilin yayında “Universitatya Krayova”dan 1,5 milyon avroya transfer edib.
Bizim WhatsApp kanalımıza abunə olun