“Əl-Nasr”ın hücumçusu Kriştianu Ronaldu Beynəlxalq Futbol Federasiyasının ilin ən yaxşı oyunçusunun seçilməsi üçün keçirdiyi səsvermədə iştirakdan imtina edib.
“Report” xəbər verir ki, müvafiq məlumat federasiyanın saytında yer alıb.
Ronaldu sorğuda Portuqaliya millisinin kapitanı kimi iştirak etməli idi, lakin onun əvəzinə bunu Pepe edib.
“Portu”nun futbolçusu birinci yeri Bernard Silva, ikinci yeri Erlinq Haaland, üçüncü yeri Viktor Osimhenə verib.
Maraqlıdır ki, o, sonda qalib gələn oyunçunu - Argentina millisinin və Amerikanın "İnter Mayami"sinin hücumçusu Lionel Messini seçməyib.
Qeyd edək ki, FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri müəyyənləşib.
Bizim WhatsApp kanalımıza abunə olun