Zərdab rayonunda 51 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, 1973-cü il təvəllüdlü Cəfərov Aqil Şura oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı onurğa sütununun travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun