Neftçalada avtomobilin kanala aşması sürücünün ölümü ilə nəticələnib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Qırmızıkənd kəndi ərazsizində qeydə alınıb.
Belə ki, Neftçala rayon sakini, Yaşar Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobili idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonunun Şorsulu kənd əsəb-dispanser xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
qəza