Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.
Bizim WhatsApp kanalımıza abunə olun