IMG-LOGO

Rəşad Nəbiyev Şabranda vətəndaşları qəbul edib

09 Jan 2026 16:11 4 baxış
IMG

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şabranda bu, eləcə də Xızı və Siyəzən rayonlarının sakinləri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi", - deyə o, qeyd edib.

Xəbər lenti