IMG-LOGO

Müşfiq Ələsgərli: Azərbaycan dili ilə bağlı problemlər mediada qabardılmalıdır

09 Jan 2026 16:19 5 baxış
IMG

Azərbaycan dili ilə bağlı problemlər mediada qabardılmalıdır.

"Report" xəbər verir ki, bunu Mətbuat Şurasının Dil Komissiyasının üzvü Müşfiq Ələsgərli Komissiyanın genişləndirilmiş iclasında deyib.

Onun sözlərinə görə, dərsliklərdə də Azərbaycan dili ilə bağlı müəyyən problemlər var:

"Azərbaycan dilində alınma sözlər problemin az bir hissəsidir. Dilin bel sütunu olan sintaksis sındırılır. Cümlənin strukturu bir-birinə qarışdırılır".

M.Ələsgərli vurğulayıb ki, Azərbaycan dilinin qaydalarına riayət edilməsi ilə bağlı mediadan başlamaq lazımdır, lakin digər sferalar da nəzərə alınmalıdır.

Xəbər lenti