IMG-LOGO

Vüsalə Mahirqızı: Əsas işimiz Azərbaycan dili ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilidir

09 Jan 2026 15:32 2 baxış
IMG

Mətbuat Şurası Dil Komissiyasının əsas işi Azərbaycan dili ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilidir.

"Report" xəbər verir ki, bunu "APA Media Group"un baş direktoru, Mətbuat Şurası Dil Komissiyasının sədri Vüsalə Mahirqızı Komissiyanın genişləndirilmiş iclasında deyib.

Onun sözlərinə görə, AMEA, Mətbuat Şurası və Şuranın Dil Komissiyası jurnalistlər, redaktorlar üçün Azərbaycan dili ilə bağlı treninqlər keçirməlidir:

"Mediada xarici adların Azərbaycan dilinə uyğunlaşdırılması ilə bağlı hələ də problem var. Hər media qurumunda fərqli formada yazılır. Yazılı və ya audiovizual mediada vasitəli və vasitəsiz nitq, durğu işarələrindən istifadə, cümlələrin quruluşunda səhvlərə rast gəlinir. Jurnalistikaya gələnlər müxtəlif ixtisas sahibləridirlər. Ona görə də dil qaydalarına əməl etməkdə problemlər yaranır".

Xəbər lenti