IMG-LOGO

Qulu Məhərrəmli: Azərbaycan dilindən istifadə qaydaları ilə bağlı vəsaitlər azdır

09 Jan 2026 15:57 3 baxış
IMG

Azərbaycan dilindən istifadə qaydaları ilə bağlı vəsaitlər azdır.

"Report" xəbər verir ki, bunu Mətbuat Şurası Dil Komissiyasının üzvü Qulu Məhərrəmli qurumun genişləndirilmiş iclasında deyib.

O, dilin praktiki tərəflərinə daha çox diqqət yetirilməsinin vacibliyini bildirib:

"Azərbaycan dilində yaxşı yazmaq və danışmaq lazımdır. Bunun üçün dilin qaydalarını bilmək tələb olunur. Durğu işarələri heç bir dildə sabit olmasa da, hər dilin müəyyən qaydaları var. Durğu işarələrinin işlənmə məqamları doğru seçilməlidir. Onu da qeyd edim ki, Azərbaycan dilinin istifadə qaydaları ilə bağlı vəsaitlər azdır. Olanlar da az təbliğ edilir".

Q.Məhərrəmli əlavə edib ki, Azərbaycan dilində alınma sözlərlə bağlı problemlər var:

"Yersiz işlənən alınma sözlərdən istifadə yanlışdır. Hesab edirəm ki, Dil Komissiyasının Azərbaycan dilinin qaydaları ilə bağlı maarifləndirici fəaliyyəti daha faydalı olacaq".

Xəbər lenti