IMG-LOGO

Azərbaycanın aparıcı tikinti şirkəti ləğv olunur

09 Jan 2026 14:52 3 baxış
IMG

Azərbaycanın aparıcı tikinti şirkəti "Avant Group" MMC ləğv olunduğunu elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49C ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Avant Group" 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır.

Xəbər lenti