IMG-LOGO

Kiyevdə 500 min insan elektriksiz qalıb

09 Jan 2026 14:56 3 baxış
IMG

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna hücumları Kiyevdə 500 mindən çox istehlakçını işıqsız qoyub.

"Report"un məlumatına görə, bunu Ukraynanın energetika naziri Nikolay Kolesnik bildirib.

"Səhər saatlarına olan vəziyyətə görə, Kiyev və adıçəkilən vilayətdə 500 mindən çox istehlakçı elektriksiz qalıb", - o qeyd edib.

Öz növbəsində, Kiyevin meri Vitali Kliçko bildirib ki, Ukrayna paytaxtında evlərin yarısı istilik təchizatından məhrum olub.

"Evlərin yarısı (təxminən 6 000) paytaxtın kritik infrastrukturuna kütləvi hücum nəticəsində hazırda istilik təchizatından məhrum olub. Eyni zamanda, şəhərdə su təchizatında fasilələr müşahidə olunur", - mer qeyd edib.

Onun sözlərinə görə, hazırda evlərdə elektrik və istilik təchizatının bərpası üzərində çalışırlar.

Xəbər lenti