IMG-LOGO

Tacikistanın dünyada axtardığı dələduz Azərbaycanda TUTULDU

09 Jan 2026 12:25 4 baxış
IMG
0 0

Tacikistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.

Lent.az xəbər verir ki, Tacikistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.   Dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 1992-ci il təvəllüdlü, Tacikistan Respublikasının vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs edilib. 

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

Hadisələr

Xəbər lenti