IMG-LOGO

“Zaqreb Open”in qalibi: “Bu nəticəni Avropa çempionatında təkrarlamağa çalışacağam”

15.01.2024 17:04 57 baxış
IMG

“Zaqreb Open”dəki nəticəni Avropa çempionatında təkrarlamağa çalışacağam”.

Bunu “Report”a açıqlamasında Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin qalibi olan yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) deyib.

25 yaşlı pəhləvan turnirdə iki görüşün onun üçün daha çətin keçdiyini bildirib: “Reytinq turniri idi, zəif keçmədi. Əsasən yarımfinal və final qarşılaşmaları mənim üçün çətin alındı. Həm öz çempionluğuma, həm də komanda hesabında birinci yeri tutmağımıza görə çox xoşbəxtəm”.

Güləşçi fasilə vermədən Xorvatiyanın Poreç şəhərində təlim-məşq toplanışına başladıqlarını vurğulayıb: “Hazırda təlim-məşq toplanışındayıq. Hədəf Avropa çempionatına hazır olmaqdır. İnanıram ki, qitə çempionu olaraq ümidləri doğruldacağam”.

Qeyd edək ki, Ülvü Qənizadə 2023-cü ildə Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti