Bakıda avtomobil qadın piyadanı vurub.
"Report" xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospekti 80A ünvanında qeydə alınıb.
Belə ki, dövlət qeydiyyat nişanı və markası bilinməyən avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.