IMG-LOGO

Azərbaycanlı hücumçunun Türkiyə klubuna transferinin gecikmə səbəbi müəyyənləşib

15.01.2024 14:19 62 baxış
IMG

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin Türkiyə klubu “Kocaelispor”a transferinin gecikmə səbəbi müəyyənləşib.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, 27 yaşlı hücumçu ailəsinin və özünün şəxsi işlərini yoluna qoymağa çalışır.

Tailandın “Buriram Yunayted” klubundan transfer edilən forvardın keçidinin rəsmən açıqlanması məhz bu səbəbdən yubanır. Ancaq Şeydayevin bu həftə ərzində Kocaeliyə yollanaraq, yeni komandasının düşərgəsinə qoşulması gözlənilir.

Qeyd edək ki, “Kocaelispor”un prezidenti Engin Koyun ötən həftə açıqlamasında Ramil Şeydayevlə 1,5 illik müqaviləni razılaşdırdıqlarını açıqlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti