IMG-LOGO

Bakıda yaşayış binasında yanğın başlayıb

09 Jan 2026 00:43 7 baxış
IMG

Bakı şəhərində yaşayış binasında yanğın başlayıb.

"Report" xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər lenti