IMG-LOGO

Belarusdan gətirilən şirkət rəhbərinin məhkəməsi

08 Jan 2026 18:29 7 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə Belarusdan ekstradisiya edilən “Simpatiya-S” MMC-nin rəsmi şəxsi Ağasəmid Məhərrəmov və MMC-nin kargüzarı Lamiyə Vəliyevanın məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Ağasəmid Məhərrəmov ibtidai istintaqda verdiyi ifadəni əsasən təsdiqləyib, Lamiyə Vəliyeva ilə bağlı dediklərinə görə peşman olduğunu bildirib və ona sənəd işlərində köməyə görə 3000 manat verdiyini deyib. Lamiyə Vəliyeva isə mənzillərlə bağlı problemləri vaxtında rəhbərliyə bildirdiyini, işdə baş verən qanunsuzluqlardan xəbərsiz olduğunu və Məhərrəmovun ona qarşı ifadəsinin səbəbinin bu məsələləri üzə çıxarması olduğunu qeyd edib.

Növbəti məhkəmə iclası fevralın 19-u saat 14:30-a təyin olunub.

Xatırladaq ki, iyunun 8-də Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. A.Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Həmin MMC-nin kargüzarı olmuş Lamiyə Vəliyeva Cinayət Məcəlləsinin 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə ittiham olunaraq barəsində qətimkan tədbiri seçilib.

məhkəmə kriminal

Xəbər lenti