Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Bakı İdman Sarayında baş tutan tədbirdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, eləcə də Azərbaycan Güləş Federasiyasının rəsmiləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Himni ilə start verilən tədbirdə əvvəlcə rəsmi çıxışlar olub. Daha sonra mərasim bədii hissə ilə davam edib.
Tədbirin sonunda Azərbaycanın bir sıra veteran güləşçiləri mükafatlandırılıblar.
Qeyd edək ki, yanvarın 7-də startı verilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına ayın 11-də yekun vurulacaq.









