IMG-LOGO

MOK-un vitse-prezidenti: "Bu il Azərbaycan idmanı üçün çox əhəmiyyətlidir"

08 Jan 2026 17:35 6 baxış
IMG

Bu il Azərbaycan idmanı üçün çox əhəmiyyətlidir.

"Report" xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib.

O, yarışlara ciddi hazırlaşmağın vacibliyini vurğulayıb:

"Bu il Azərbaycan idmanı üçün çox əhəmiyyətlidir. Çünki lisenziya yarışları keçiriləcək. Ciddi hazırlaşmaq lazımdır. Bu çempionatın fərqi ondan ibarətdir ki, burada müxtəlif növlər üzrə idmançılar yarışır".

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.

Xəbər lenti