Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 3,1 milyon ABŞ dolları dəyərində 1 min 309,2 ton şabalıd (qabıqlı və qabığı təmizlənmiş) gətirilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 % az, kəmiyyət olaraq – 31 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çox) 1 min 264 ton (+2,2 dəfə) və Gürcüstandan 91,3 min ABŞ dolları dəyərində (-73 %) 45 ton (-73 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 1,2 min ton şabalıdın 73,8 %-i Çinin payına düşüb.