Güləş Azərbaycan üçün vacib idman növüdür.
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov güləş üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib.
O, ölkədə güləşin inkişaf etdiyini söyləyib:
"Öncə hər birinizi Yeni İl münasibətilə təbrik edirəm və idmançılarımıza yeni-yeni nailiyyətlər arzu edirəm. Güləş bizim üçün ənənəvi idman növüdür, bunu dəfələrlə ölkə başçısı da vurğulayıb. İdmançılarımız ənənəvi olaraq Avropa və dünya çempionatlarında bizi öz medalları ilə sevindirirlər. İ məhz Azərbaycan çempionatı ilə başlayır.
İnanıram ki, bu çempionatda biz yeni ulduzların adlarını biləcəyik. İdmançılarımız ciddi hazırlaşıblar və bizi maraqlı görüşlər gözləyir".
Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.