Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlara yönələn narkotik istintaqı çərçivəsində irəliləyiş baş verib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, istintaq çərçivəsində saç və qan nümunələri verən 25 yaşlı müğənni Aleyna Tilkinin narkotik testi müsbət çıxıb.
25 yaşlı müğənninin marixuana istifadə etdiyi rəsmi olaraq təsdiqlənib.
Xatırladaq ki, narkotiklərlə bağlı aparılan bu istintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları bir sıra tanınmış şəxslərin evlərində əməliyyat keçirib. Əməliyyat zamanı Aleyna Tilki, İrem Sak, Danla Bilic və Mümmine Senna Yıldız da saxlanılanlar arasında olub.
Aleyna Tilki İrem Sak maqazin