IMG-LOGO

ABŞ idmançısı Bakıdakı dünya çempionatında dopinq yoxlamasının nəticəsinə görə cəzalanıb

08 Jan 2026 15:30 7 baxış
IMG

ABŞ-nin qol güləşi komandasının üzvü Timoti Lyuis Bakıda keçirilən dünya çempionatı zamanı dopinq yoxlamasının nəticəsinə görə diskvalifikasiya edilib.

Bunu "Report"a açıqlamasında Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının qol güləşi üzrə vitse-prezidenti Azər Məhərrəmov deyib.

Federasiya rəsmisi amerikalı idmançının Bakıda keçirilən dünya çempionatı zamanı dopinq yoxlamasından keçə bilmədiyini düşünür:

"Bildiyiniz kimi, qol güləşi üzrə dünya çempionatı Azərbaycanda keçirildi. O, ABŞ komandasının üzvü kimi mundialda iştirak edib. Yarış zamanı həm Azərbaycan, həm də əcnəbi idmançılar dopinq yoxlamasından keçmişdilər. Çox güman, həmin vaxt həyata keçirilən yoxlamalardan sonra cəzalanıb. Bizim idmançıların əksəriyyətində indiyə qədər heç bir problem olmayıb. Yalnız ötən il bir nəfər boğaz ağrısına görə qadağan olunmuş dərmandan istifadə etdiyi üçün cəzalanmışdı. Azərbaycanlı idmançılarla bağlı başqa problem olmayıb".

Qeyd edək ki, AMADA ABŞ-dən olan idmançını 3 illik diskvalifikasiya edib. Buna qol güləşçisinin nümunəsində qadağan olunmuş maddə və ya onun metabolit və ya markerlərinin mövcudluğunun aşkarlanması səbəb olub.

Xəbər lenti