IMG-LOGO

Ötən il işdən qanunsuz çıxarılmış 89 nəfər əvvəlki vəzifələrinə bərpa olunub

08 Jan 2026 15:49 44 baxış
IMG

Ötən il 89 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyənləşib, onlar yenidən əvvəlki işlərinə bərpa olunublar.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə işəgötürənlər 842,3 min manat vəsaitin işçilərə ödənilməsini gecikdirib. Artıq işəgötürənlər həmin vəsaiti işçilərə ödəyib. Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəyəcəkləri müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Mənbə: report.az

Xəbər lenti