IMG-LOGO

Bakı–Balakən-Bakı qatarının biletlərinə 10 % endirim tətbiq edilib

08 Jan 2026 14:16 5 baxış
IMG

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Bakı–Balakən–Bakı marşrutu üzrə biletlərə 10 % endirim tətbiq edib.

"Report" bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, qış mövsümündə qüvvədə olacaq yeni tarifə əsasən, həftəiçi Bakıdan Balakənə və əks istiqamətə gediş haqqı 16,2 manatdan başlayır.

Xəbər lenti