IMG-LOGO

Azərbaycan Latviyaya xurma tədarükünü bərpa edib

08 Jan 2026 14:43 6 baxış
IMG

Ötən ilin ilk 10 ayında Azərbaycan 66,9 milyon ABŞ dolları dəyərində 91 min 896 ton xurma ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 48,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % çox) 69 min 277 ton (+6 %), Ukraynaya 8,2 milyon ABŞ dolları dəyərində (+68 %) 8 min 874 ton (+40 %), Türkiyəyə 7,1 milyon ABŞ dolları dəyərində (9 +dəfə) 7 min 94 ton (+8 dəfə), Belarusa 2,1 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 1 min 772 ton (+6 dəfə), Qazaxıstana 414 min ABŞ dolları dəyərində (-4 %) 813 ton (+24 %) məhsul satıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Latviyaya tədarükü (24 min ABŞ dolları dəyərində 19 ton) bərpa edib.

2024-cü ildə Azərbaycanın ixrac etdiyi 154,3 min ton xurmanın 85,8 %-i Rusiyanın payına düşüb.

Xəbər lenti