2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) müraciəti əsasında 106 mühafizə orderi verilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun Hüquqi təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, həmin mühafizə orderləri məişət zorakılığı ilə bağlıdır və qısamüddətlidir.
Xatırladaq ki, Dövlət Komitəsinin müraciəti əsasında 2024-cü ildə 108 mühafizə orderi verilmişdi.