IMG-LOGO

Vətən müharibəsi iştirakçısının meyiti tapıldı

08 Jan 2026 13:07 7 baxış
IMG
2 0

Ağcabədidə Vətən müharibəsi iştirakçısının meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə Poladlı kəndində qeydə alınıb.

Kənd sakini 35 yaşlı Rəhman Rafiq oğlu Hüseynovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun nədən öldüyü bilinmir.

Məlumata görə, mərhum Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.

Araşdırma aparılır.

Hadisələr Vətən müharibəsi iştirakçısı

Xəbər lenti