İkinci Dünya müharibəsində arxa cəbhədə göstərdiyi xidmətlərə görə orden və medallarla təltif olunan Gilə Novruzovanın 100 yaşı tamam olub.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, G.Novruzovaya 2023-ci ildən 5 saylı Bakı DOST Mərkəzi tərəfindən sosial-məişət xidməti göstərilir.
Xatırladaq ki, G.Novruzova 1926-cı ildə Qərbi Azərbaycanda anadan olub.

