IMG-LOGO

İlham Əliyev: "Azərbaycanda bərpaolunan enerji layihələrinə 100 milyonlarla dollar vəsait qoyulub"

08 Jan 2026 12:56 6 baxış
IMG

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorların həyata keçirdiyi genişmiqyaslı layihələrdir və bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev "Gülüstan" sarayında Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin inşa etdiyi 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur: "Bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.

Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb".

Xəbər lenti