IMG-LOGO

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılacaq

08 Jan 2026 11:20 44 baxış
IMG

Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkəti Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlara başlayacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək. Bundan əvvəl "Etihad Airways" iki ölkənin paytaxtları arasında birbaşa uçuşlara martın 2-dən başlanılacağını bəyan etmişdi.

Hazırda BƏƏ-nin "Air Arabia Abu Dhabi" şirkəti də Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Aviarsyeslər gündəlikdir.

Mənbə: report.az

Xəbər lenti