Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yıxılaraq xəsarət alan 86 yaşlı kişi ölüb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə qəsəbədəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
1940-cı il təvəllüdlü Məhəmmədəli Hümbət oğlu Abdullayev yaşadığı evin həyətində ehtiyatsızlıq səbəbindən yıxılıb.
Nəticədə başından ağır xəsarətlər alan H.Abdullayev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.