Bakıda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə səhər saat 7 radələrində Sabunçu rayonu, Böyükşor yolunda qeydə alınıb.
32 yaşlı Əliyev Səlim Etibar oğlu idarə etdiyi avtomobillə 68 yaşlı Rəsulova Afaq Fikrət qızını vurub. Qadın aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hadisələr