IMG-LOGO

“Real Madrid” “Barselona”ya qalib gələrək İspaniya Superkubokunun qalibi olub

15.01.2024 00:53 125 baxış
IMG

İspaniya Superkubokunun final oyununda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlib.

“Report” xəbər verir ki, Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçı Xuan Martinez Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

“Real Madrid”in matçdakı üç qolunu braziliyalı Vinisius Junior vurub. O, 32 dəqiqə ərzində het-trik edib. Beləliklə, Vinisius XXI əsrdə “El-Klassiko”da ən sürətli het-trikə imza atıb. Braziliyalı İspaniya Superkuboku uğrunda görüşdə 39-cu dəqiqəyə kimi "Barselona"nın qapısına 3 qol vurub. Bu, İspaniya Superkubokunun final oyununda ən sürətli het-trikdir.

“Barselona” bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 33-cü dəqiqədə Levandovski fərqlənib.

Qarşılaşmanın 64-cü dəqiqəsində Rodriqo “Real”ın 4-cü qolunu vurub: 4:1.

Beləliklə, “kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub. "Barselona" isə 14 dəfə Superkuboku qazanıb.

Xatırladaq ki, "Barselona" ötən ilin 16 yanvarında "Real Madrid"i 3:1 hesabı ilə yenərək İspaniya Superkubokunun qalibi olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti