IMG-LOGO

EEVZA: Azərbaycan millisi son oyunda uduzub

14.01.2024 23:04 153 baxış
IMG

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxıb.

“Report”un məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev sahibləri ilə üz-üzə gəlib.

Görüş Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya da eyhi hesabla uduzub.

Qeyd edək ki, yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti