IMG-LOGO

Ukraynanın iki vilayəti Rusiyanın zərbəsindən sonra tam elektriksiz qalıb

08 Jan 2026 03:07 5 baxış
IMG

Çərşənbə axşamı Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna zərbə endirməsi nəticəsində Dnepropetrovsk və Zaporojye vilayətləri demək olar, tamamilə elektriksiz qalıb.

"Report"un xəbərinə görə, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

"Vacib infrastruktur ehtiyat enerji ilə işləyir", - məlumatda deyilir.

Nazirlik əlavə edib ki, zərərin yoxlanılması və bərpa işləri təhlükəsizlik vəziyyəti imkan verdikdən dərhal sonra başlaya bilər.

Dnepropetrovsk və Zaporojye vilayətlərdə hava hücumu xəbərdarlığı qüvvədə qalır.

Xəbər lenti