Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyunu çıxıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Belçikada yerli "Lindemans" kollektivinin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb və "Xilasedici" Çelenc Kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə rəqib 3:0 hesablı qələbə qazanıb.