Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 10-cu turunun son oyunu keçirilib.
"Report" xəbər verir ki, çempionatın lideri "Sabah" klubu "Gəncə"yə 103:86 hesabı ilə qalib gələrək liderliyini qoruyub.
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kenyon Dulinq (23 xal, 3 asist), "Sabah"dan isə Entoni Vilson (36 xal, 10 ribaund) olublar.
"Sabah" 19 xalla birinci, "Gəncə" 13 xalla doqquzuncudur.
Bizim WhatsApp kanalımıza abunə olun