IMG-LOGO

Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb

08 Jan 2026 00:17 8 baxış
IMG

Füzuli və Cəbrayıl rayonları ərazisində yanğınlar qeydə alınıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində kolluq sahədə başlayıb.

Yanğın daha sonra genişlənərək Füzuli rayonunun Mirzənağılılar və Qazaxlar kəndi ərazilərinə də yayılıb. Yerli sakinlərin verdiyi məlumata görə, yanğın genişlənərək Araz çayı boyunca olan sərhəd əraziyə yayılıb.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki, Cəbrayıl rayonunun Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən briqadası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti