Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 07.01.2026-cı il tarixində saat 21:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya oıunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
***
22:24
Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində doqquz nəfər xəsarət alıb
Lent.az APA-ya istinadən xəbər verir ki, sərnişin mikroavtobusu "VAZ 2106" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 9 nəfər; mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oqtay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Salyan qəza