IMG-LOGO

Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

07 Jan 2026 21:56 9 baxış
IMG

Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində səkkiz nəfər xəsarət alıb.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti