IMG-LOGO

Lənkəranda FACİƏ: İki bacı dəm qazından zəhərləndi

07 Jan 2026 21:22 10 baxış
IMG
0 0

Lənkəranda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakinləri 1958-ci il təvəllüdlü Firayə Cabir qızı Əliyeva və bacısı 1972-cı il təvəllüdlü Rəna Cabir qızı Kərimova vanna otağında huşsuz vəziyyətdə tapılıblar.

Hər iki bacı ağır vəziyyətdə əraziyə çağırılan tibbi xidmət briqadası tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaxınlarının sözlərinə görə vanna otağında odun sobası və üstündə buxar verən daşlar olub. Vanna otağında yaranan buxarın dəm qazı yaratdığı ehtimal olunur.

Onu da qeyd edək ki, Rəna Kərimovanın bacısı Firayə Kərimovanın evinə qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır.

dəm qazı Lənkəran

Xəbər lenti