Premyer Liqa təmsilçisi "Kəpəz"in I Liqa klubu "İmişli" ilə sabaha planlaşdırılan yoxlama oyunu ləğv edilib.
"Report" Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq.
Qeyd edək ki, daha əvvəl "Şamaxı" və "Araz Saatlı" klubları arasında bu günə planlaşdırılmış sınaq görüşü də əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilmişdi.
Bizim WhatsApp kanalımıza abunə olun