Naxçıvanda qəbiristanlıda dava olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.
Burada gül satan şəhər sakini 33 yaşlı Elmidar Abbasov (ad və soyad şərtidir) güllərin qoyulduğu dəmir alətlə zərərçəkmişin başına və sinəsinə zərbələr vurub. Nəticədə zərərçəkənin burnu və qabırğası sınıb.
Bu əməlinə görə E. Abbasov saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs məhkəmə çıxışı zamanı 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” olduğunu nəzərə alaraq, amnistiya aktının onun barəsində də tətbiq olunmasını xahiş edib.
Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Elmidar Abbasov məsuliyyətdən azad olunub və iş üzrə cinayət təqibinə xitam verilib.
Hadisələr qəbiristanlıqlar güldanlar