IMG-LOGO

1 yaşlı uşağı ağladığı üçün öldürdü

07 Jan 2026 16:28 8 baxış
IMG
0 0

Rusiyanın Orenburq vilayətində sərxoş kişi övladlığa götürülmüş bir yaşlı uşağı ağladığına görə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, cinayət 6 yanvar gecəsi Buzuluk şəhərində törədilib. Məhkəmə materiallarına görə, hasdisə zamanı onun arvadı da evdə olub.

İstintaqın müəyyən etdiyinə görə, uşağın ağlaması kişini qəzəbləndirib. O, körpəni döyüb, daha sonra isə hamamda boğaraq öldürüb.

Buzuluk Rayon Məhkəməsi şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Araşdırma aparılır.

Hadisələr

Xəbər lenti