IMG-LOGO

Oğuzda sərxoş kişi qardaşını bıçaqladı

07 Jan 2026 13:26 4 baxış
IMG
0 0

Oğuzda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Calud kəndində qeydə alınıb.

Evə sərxoş halda gələn 40 yaşlı E. Qasımov qardaşı ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqla qardaşının belinə zərbə vurub.

Nəticədə E. Qasımov saxlanılıb və barəsində cinayət işi açılıb. İstintaq zamanı təqsirləndirilən və zərərçəkən şəxslər barışdıqlarını və dəymiş ziyanın ödənildiyini bildirərək, cinayət təqibinə xitam verilməsini istəyiblər.

Oğuz rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və E. Qasımov məsuliyyətdən azad edilib.

Hadisələr Oğuz rayonu

Xəbər lenti