Fransalı hücumçu Kərim Benzema məşqlərdən kənarlaşdırılıb və Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubunun qarşıdakı toplanışında iştirak etməyəcək.
“Report” xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
Bu qərar oyunçunun cümə günü komandanın olduğu yerə gəlməməsindən sonra verilib.
“Əl İttihad” mövsümün bərpasına hazırlaşmaq üçün bazar günü Dubaya gedəcək. Benzema Milad tətili başlamazdan əvvəl dekabrın sonunda komandanın üç məşqini buraxıb.
Qeyd edək ki, “Əl-İttihad”ın baş məşqçisi argentinalı Marselo Qalardodur. O, ötən ilin noyabr ayında komandaya rəhbərlik edir.
Benzema 36 yaşındadır və 2023-cü ilin yayında "Əl İttihad"a keçib. Hücumçu komandanın heyətində 20 oyun keçirib, 12 qol vurub, 5 məhsuldar ötürmə edib. Bundan əvvəl Benzema İspaniyanın “Real Madrid” klubunda oynayıb, burada beş dəfə Çempionlar Liqasının qalibi olub və 2022-ci ildə “Qızıl top”u qazanıb.
Bizim WhatsApp kanalımıza abunə olun